REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov azadlığa buraxılıb.
Bu barədə Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Xatırladaq ki, İ.Məmmədov İsmayıllı hadisələri bağlı həbs olunmuşdu.
İlqar Məmmədov 2009-cu ildən Respublikaçı Alternativ hərəkatının sədridir.
İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılmış və barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Məhkəmə Cinayət Məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.