Wn/az/Çelsi klubu hücumçusu Mişi Batşuayini növbəti dəfə icarəyə verib

< Wn‎ | azWn > az > Çelsi klubu hücumçusu Mişi Batşuayini növbəti dəfə icarəyə verib

Belçika millisinin üzvü karyerasını Londonun digər klubu "Kristal Pelas"da davam etdirəcək. Klub saytının məlumatına görə, 25 yaşlı forvard "qartallar"da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

Batşuayi 2016-cı ildə "Marsel"dən "Çelsi"yə 38 milyon avro qarşılığında transfer olmuşdu. Belçikalı hücumçu "Borussiya" (Dortmund) və "Valensiya" klublarında icarə əsasında çıxış edib.

MənbəEdit