Wn/az/"Vikipediyaçının masaüstü kitabçası" hazırlanıb

< Wn | az
Wn > az > "Vikipediyaçının masaüstü kitabçası" hazırlanıb

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiya Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin dəstəyilə "VikiHərəkat" layihəsi ilə bağlı olaraq təlimlərə başlamışdır. İlin sonuna qədər davam edəcək bu layihənin məqsədi Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi, Azərbaycanda Vikipediya könüllülük hərəkatının yayılmasından ibarətdir[1].

Vikipediyaçının masaüstü kitabçası

Təlim iştirakçılar üçün xüsusi hazırlanmış "Vikipediyaçının masaüstü kitabçası" əsasında keçirilir. Bu kitabça eyni zamanda universitetlər və kitabxanalara paylanmaq üçün də nəzərdə tutulmuşdur. "VikiHərəkat"a qoşulan hər bir kəs 23 sentyabrdan etibarən bu kitabçanı AGTA-nın Bakı şəhəri, İstiqlaliyyət küçəsi 23, mənzil 7 ünvanında yerləşən ofisindən pulsuz əldə edə bilər. Kitabçanın əhatə etdiyi mövzular, həmçinin layihə saytında - "viki.agta.az"da yerləşdirilmişdir[2].

İstinadlar

edit
  1. VikiHərəkat nədir?
  2. Vikihərəkat çərçivəsində təlimlər başlayır