30 dekabr 2011, Cümə
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu

İsveçrənin Bazel şəhərində keçirilən, "kiçik dünya çempionatı" adlandırılan ənənəvi "Top Volley İnternational" beynəlxalq turniri başa çatıb.
Finalda Azərbaycan təmsilçisi "Rabitə Bakı" voleybol klubu Fransanın "Kann" klubu ilə qarşılaşıb. Qrup mərhələsində olduğu kimi, bakılılar fransızları bu dəfə də məğlubiyyətə uğradaraq, turnirin baş mükafatını qazanıblar. 3:1 (28:26; 25:22; 22:25; 25:21) hesabı ilə məğlub olan "Kann" isə turniri ikinci yerdə başa vurub.
Üçüncü yerin sahibi isə İsveçrənin "Volero" komandasını 3:0 (25:22 25:13 26:24) hesabı ilə məğlub edən Braziliyanın "Unilever" klubu olub. 5-ci yer uğrunda qarşılaşmada isə Rumıniya təmsilçisi "Dinamo Romprest"i 3:0 (25:19 25:15 25:21) hesabı ilə məğlub edən Rusiyanın "Severstal" komandası qalib gəlib.