Wn/az/"Rabitə Bakı"nın qələbəsi poçt markası üzərində əbədiləşdirilib

< Wn‎ | az
Wn > az > "Rabitə Bakı"nın qələbəsi poçt markası üzərində əbədiləşdirilib


28 dekabr 2011, Çərşənbə

"Rabitə Bakı" voleybol klubunun 2011-ci il FIVB klublararası dünya çempionu olması münasibətilə Azərbaycanın poçt markası dövriyyəyə buraxılıb. Bu poçt markasını dövriyyəyə buraxan təşkilat Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Azərmarka" şirkətidir.

Poçt markası çərçivəli dişi 14,0 olan ofset, təbaşirli, yapışqanlı marka kağızında çap olunmuşdur. Rəssamı X. Mirzəyev olan həmin markanın ölçüsü 40 x 28 mm, tirajı isə 15 000 ədəddir. Suvenir səhifəsinin ölçüsü isə 102 x 110 mm-dir. Qiyməti 1 manat olan markanın üzərində "Rabitə Bakı" voleybol klubunun 2011-ci il FIVB klublararası dünya çempionatında mükafatlandırma mərasimindən sonra çəkilmiş komanda şəkili yerləşdirilmişdir. Suvenir səhifəsinin üzərinə isə "Rabitə Bakı" voleybol klubunun 2011-ci il FIVB klublararası dünya çempionatında keçirdiyi oyunlardan epizodlar və klubun emblemi həkk olunmuş, azərbaycan və ingilis dillərində böyük hərflərlə FIVB KLUBLARARASI DÜNYA ÇEMPİONU (FIVB CLUBS WORLD CHAMPIONS) və 2011 sözləri yazılmışdır. Marka ilə bağlı əsas diqqət çəkən məqamlardan biri isə, markanın üzərində buraxılış ilinin göstərilməməsidir. Əlavə olaraq qeyd edək ki, bu marka Azərbaycan poçt markalarının kataloquna daxil olan sayca 1014-cü poçt markadır.

Mənbə edit