Wn/az/"Neftçi" çempion: 6 ildən sonra 6-cı çempionluq

< Wn | az
Wn > az > "Neftçi" çempion: 6 ildən sonra 6-cı çempionluq


2 may 2011, Bazar ertəsi

Bakının “Neftçi” klubu 6 illik çempionluq həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Premyer Liqanın XXIX turunda AZAL-ı məğlub etməklə[1], son 3 turun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıb.

Sonuncu dəfə 2004/05 mövsümündə qızıl medallara sahib olan “ağ-qaralar” bununla da çempionluq sayındakı liderliyini daha da möhkəmləndirib. 6-cı dəfə ölkə çempionu olan bakılılar 5-ci dəfə qızıl medallara sahib olacaqlar. Bu da 1996/97 mövsümü ilə bağlıdır. O vaxt əsas komandaların yarışında çempion olub, Çempionlar Liqasında ölkəmizi təmsil edən “Neftçi”yə yalnız gümüş medallar verilmişdi. AFFA-nın bonus xallar hesabına çempion elan edib, qızıl medal verdiyi “Qarabağ”ın birinciliyi isə nə UEFA, nə də indiki PFL tərəfindən tanınır.

Bunlardan, yəni indiki, bundan əvvəl sonuncu olan və qalmaqallı çempionluqlardan başqa 1992, 1995/96, 2003/04 mövsümlərində də “Neftçi” Azərbaycanın ən yaxşısı olub. İndi isə “ağ-qaralar” paytaxt klublarının hegemonluğunu davam etdirib. “Xəzər-Lənkəran”ın 2006/07 mövsümündə qazandığı çempionluqdan sonra bakılılar qızıl medalları bir-birinə ötürərək estafeti əllərində saxlayır.

İstinadlar

edit
  1. AZAL 1 - 3 "Neftçi" pfl.az

Mənbə

edit