Wn/az/"Google Plus" adlı yeni sosial şəbəkənin təqdimatı keçirildi

< Wn‎ | azWn > az > "Google Plus" adlı yeni sosial şəbəkənin təqdimatı keçirildi


Bookmark-new.svg

30 iyun 2011, Cümə axşamı

Google internet-şirkəti özünün Google Plus adlı sosial şəbəkəsini təqdim edib. Resursun tərtibatçılarının fikrincə, yeni sosial şəbəkə Facebook-la rəqabət aparmalıdır. Qazeta.ru yazır ki,“Google Plus”-un ən əsas üstünlükləri sırasında istifadəçilər üçün gizlilik parametrlərinin rahat qurulması, dostların ayrı-ayrı qruplara (circles – dairələr) bölünməsi, eləcə də hər bir bu cür “dairə” üçün spesifik çıxış hüquqlarının verilməsi imkanlarını qeyd etmək olar. AgahMedia.Com portalının Rabitə Və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, yeni sosial şəbəkədə Sparks (“Qığılcımlar”) funksiyası təqdim olunub ki, bu funksiyanın köməyi ilə istifadəçilər onları maraqlandıran mövzular üzrə informasiya tapa biləcəklər. Və nəhayət Plus-da Hangouts qrup videokonfransları funksiyası da mövcuddur. Hazırda internet-şirkətin sosial şəbəkəsi test rejimində fəaliyyət göstərir və burada qeydiyyat yalnız elektron poçt vasitəsilə xüsusi göndərilmiş dəvətlər üzrə aparılır. “Google Plus”-un nə zaman kütləvi istifadəyə veriləcəyi isə hələ bildirilmir.

MənbəEdit