Wn/az/"Facebook"un qurucusu "Google Plus"un ən populyar istifadəçisi elan edilib

< Wn‎ | az
Wn > az > "Facebook"un qurucusu "Google Plus"un ən populyar istifadəçisi elan edilib


7 iyul 2011, Cümə axşamı

AgahMedia.Com informasiya portalının “Azadİnform”- a istinadən məlumatına görə, «Facebook»un qurucusu Mark Çukerberq «Google+» sosial şəbəkəsinin ən populyar istifadəçisi elan edilib. «TechCrunch» xəbər verir ki, onu öz «dəstə»sinə 30 min istifadəçi daxil edib. Mark Çukerberq «Google+» iyunun 28-də işə düşdükdən sonra qeydiyyatdan keçib.

Əvvəlcə bir çoxları şübhə edirdilər ki, istifadəçi Mark Çukerberq həqiqətən də «Facebook»in qurucusudur. Lakin sonradan bu məlumat təsdiqini tapıb. «Google+ Statistics» servisinin məlumatına görə, Çukerberq populyarlığına görə «Google»nin qurucuları Sergey Brin və Larri Peydci, eləcə də «Google»nin vitse-prezidenti Vika Qundotru belə keçir.

Mənbə edit