Wn/az/"Facebook"dan yeni reklam strategiyası

< Wn‎ | az
Wn > az > "Facebook"dan yeni reklam strategiyası


28 iyun 2011, Çərşənbə axşamı

Facebook sosial şəbəkəsi öz müştərilərini yeni marketinq və reklam kampaniyalarının işlənib hazırlanmasına cəlb etmək qərarına gəlib. Bunun üçün xüsusi olaraq yaradılacaq "Müştəri Şurası" "Facebook"da mal və xidmətlərin təqdim olunması üçün yeni ideyalar təklif edəcək. 12 nəfərdən ibarət olacaq "Müştəri Şurası"nın üzvləri arasında "Coca-Cola" şirkətinin inteqrasiya edilmiş marketinq kommunikasiyalar üzrə rəhbəri Uendi Klarl və McCann Worldgroup reklam agentliyinin icraçı direktoru Nik Brini qeyd etmək olar.

Şura üzvlərinin ildə bir neçə dəfə görüşəcəyi nəzərdə tutulur. Bu görüşlərin müzakirə mövzuları isə məxfi saxlanılacaq.

"Müştəri Şurası"nın yaradılması haqqında xəbər "Facebook"da "Comment" adlı yeni servisin istifadəyə verilməsinə təsadüf edib. Servisin məqsədi istifadəçi nəzərinin reklam olunan brendlərə yönəldilməsi üçün sosial şəbəkədəki "dostlar" arasında yeni kommunikasiyanın yaradılmasıdır.

Mənbə edit