Wn/az/"Fənərbaxça" futbol klubu "Zenit" futbol klubunu 1:0 hesabıyla məğlub edib (13 fevral 2019)

< Wn‎ | az
Wn > az > "Fənərbaxça" futbol klubu "Zenit" futbol klubunu 1:0 hesabıyla məğlub edib (13 fevral 2019)

13 fevral 2019, Çərşənbə

13 fevral 2019-cu il tarixində 2018/2019 UEFA Avropa liqasının 1/16 final mərhələsinin növbəti oyunu keçirilib. İstanbul şəhərində yerləşən Şükrü Saracoğlu stadionunda keçilən qarşılaşmada Türkiyənin "Fənərbaxça" futbol klubu Rusiyanın "Zenit" futbol klubunu qəbul edib. Qarşılaşmanın birinci yarısının bitməsinə iyirmi dörd dəqiqə qalmış sarı bülbüllər hesabı açmağa nail olublar. Qarşılada vurulan yeganə qolun müəllifi "Fənərbaxça" klubunun əlcəzairli legioneri İslam Slimani olub – 1:0. 44-cü dəqiqədə qonaqlar hesabı bərabərləşdirmək şansı qazansalar da, Robert Mak penaltini dəqiq vura bilməyib. İki klub arasındakı cavab oyunu 21 fevral 2019-cu ildə keçiriləcək. Avropa liqasının cari mövsümünün finalı Bakı şəhərində keçiriləcək.

12 fevral 2019-cu ildə Rusiyanın "Çempionat" veb-saytında bir sorğu keçirilib.

Türkiyənin "Milliyet" qəzetinin verdiyi məlumata görə, qarşılaşmanın nəticəsinin nə olacağına dair verilən sualda oxuyucuya beş variant təqdim edildi. 2.000-ə yaxın futbol azarkeşinin qatıldığı sorğuda ən çox seçilən variant 26-lə "Zenit matçda minimal fərqlə məğlub olar" oldu.

"Matç heç-heçə nəticələnər" deyənlər 25%-lə ikinci yerdə, "Zenit matçda minimal fərqlə qalib olar" variantı isə 23%-lə ən çox seçilən üçüncü variant olub. Mavi-ağların yüksək fərqlə məğlubiyyəti 18%-lə dördüncü, yüksək fərqlə qalibiyyəti isə 8%-lə sonuncu yerdə olub.

Mənbə edit