8 may 2011, Bazar
Azərbaycanın Folklor üzrə Koordinasiya Şurası bu quruma etiraz məktubu göndərəcək. Ermənilərin "Aşıq Qərib"i UNESCO-da özününkü kimi təqdim etmək istəyirlər. Artıq işə rəsmi Bakı da qarışıb.
Azərbaycanın ANS telekanalının məlumatına görə, Ermənistan Azərbaycana məxsus qədim aşıq nümunəsi olan "Aşıq Qərib" dastanını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına erməni musiqisi kimi təqdim edib. “Aşıq Qərib”lə bağlı son sözü UNESCO-nun 24 ekspertdən ibarət münsiflər deyəcək.
Folklorşünas Azad Nəbiyev deyir ki, UNESCO buna qədər aşıq sənətini Azərbaycanın milli irsi kimi artıq təsdiqləyib. “Aşıq Qərib” dastanının da Azərbaycanın irsi olması üçün kifayət qədər tarixi sübutlar var.
“Aşıq Qərib” dastanı ilə bağlı çoxlu məşhur əsərlər yaranıb. 1915-ci ildə Zülfüqar Hacıbəyov “Aşıq Qərib” operasını yazıb. Məşhur rus şairi Lermantov da Qafqazda əsirlikdə olarkən “Aşıq Qərib” poemasını qələmə alıb. Maraqlısı budur ki, 1988-ci ildə erməni Serqey Paracanyan və David Abaşidze birlikdə “Aşıq Qərib” filmini çəkiblər. Azərbaycan dilində səsləndirilən film, erməni əsəri kmi təqdim olunub. Filmdə həmçinin qeyd olunur ki,bu filmin musiqisi Cavanşir Quliyevə məxsusudur. Musiqini ifa edən isə Alim Qasımovdur.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də deyir ki, ermənilər daha çox bu filmdən çıxış edərək, “Aşıq Qərib” dastının öz adlarına çıxırlar. Amma ermənilərin bu cəhdinin qarşısını almaq üçün yetərli sənədər var: “Biz birinci Muğam Festivalında “Aşaq Qərib” operasını verdik ki, orada Amerikadan tutmuş, Çinə qədər nümayəndələr var idi. Sonra onlara bu dastan barədə 3 dildə bukletlər paylandı. Bu barədə sənədləri hazırlayıb, UNESKO-ya təqdm etmək lazmıdır”.
Respublika Folklor üzrə Koordinasiya Şurasının sədri Azad Nəbiyevin sözlərinə görə, onlaın 20 eksperti var və atıq belə bir müraciət hazırlanıb.
Mədəiyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, faktla bağlı UNESCO-ya rəsmi müraciət ünvanlanacaq və ermənilərin bu cəhdinn qarşısnı almağı tələb ediləcək.
Xarici İşlər Nazirliyindən isə məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.