Wn/az/Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqana üç milyon Azərbaycan manatı ayırıb

< Wn‎ | az
Wn > az > Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqana üç milyon Azərbaycan manatı ayırıb

13 fevral 2019, Çərşənbə

13 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Müvafiq sənədi "AZƏRTAC" informasiya agentliyi dərc edib. Sərəncama əsasən, Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə üç milyon manat, o cümlədən, istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisinə görə iki milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə bir milyon manat ayrılıb.

Mənbə edit